Telman İsmayılovun keçmiş mühafizəçisi həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Telman İsmayılovun keçmiş mühafizəçisi həbs edildi

Kriminal

18 Sentyabr 2025 21:47 400


Moskva Qarnizonu Hərbi Məhkəməsi 2006-cı ildə müğənni Avraam Russoya sui-qəsddə və iş adamları olan Qurşumovların öldürülməsinə köməklik etməkdə təqsirləndirilən Tərxan Eldukayevi - Telman İsmayılovun keçmiş mühafizəçisini 14,5 il müddətinə azadlıqdan məhrum edib.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Məhkəmə Tərxan Eldukayevi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14,5 il müddətinə azadlıqdan məhrum edib, cinayət işini Rusiya Cinayət Məcəlləsinin 102-ci maddəsinə tövsif edib, eləcə də Qurşumovun 2,5 milyon rublluq mülki iddiasını qismən təmin edib", - agentliyin mənbəsi bildirib. pizza mizza

Prokuror Eldukayevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Ruslan Zakalyujnı bildirib ki, Eldukayevin cəzası həddindən artıq sərt və ədalətsizdir və qərardan apellyasiya şikayəti veriləcək. O, müdafiə etdiyi şəxsin Russoya qarşı irəli sürülən ittihamlardan tam bəraət aldığını, Russonun iddiasının isə rədd edildiyini bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!