Təqaüdçülərə bəd xəbər -   İqtisadçıdan XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Təqaüdçülərə bəd xəbər - İqtisadçıdan XƏBƏRDARLIQ

İqtisadiyyat

08 Yanvar 2026 17:10 29454


Pensiyalarda gözlənilən 30-50 manatlıq artım ictimaiyyətdə birmənalı qarşılanmayıb. Rəsmi açıqlamalara görə, bu artım sosial təminatın gücləndirilməsi məqsədi daşısa da, bir çox vətəndaş gündəlik xərclərin fonunda bunun kifayət etmədiyini düşünür.

Bəs bu artım real inflyasiya fonunda alıcılıq qabiliyyətini qoruyurmu?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkıartımlar insanların gözləntilərinə cavab vermir: Marqarita pizza

“Pensiyaların artımı ilə bağlı gözləntilər təbii ki, fərqlidir. Amma nəzərə almaq lazımdır ki, pensiyaları birdən-birə iki və ya üç dəfə artırmaq mümkün deyil.

Təbii ki, hazırkı artımlar insanların gözləntilərinə cavab vermir. İnflyasiya, qiymət artımı, xüsusilə də ərzaq və dərman preparatlarının qiymətləri artan təqaüdlərin real dəyərini göstərmir. Yəni artımlar vətəndaşlara real təsir etmir. Ona görə də təqaüdün həcmi və ödəniş miqdarı, ümumiyyətlə, təqaüdçülərə ödənilən vəsait kifayət qədər artırılmalıdır”.

İqtisadçı qeyd edib ki, ölkədə təqaüd sistemi yenidən qurulmalıdır:

“Bunun yolları da tapılmalıdır. Təqaüd sistemi yenidən qurulmalı, ölkədə iqtisadi aktivlik olmalı, qazanc və büdcənin gəlirləri artırılmalıdır. Bütün bunlar nəticədə təqaüd formasında vətəndaşlara geri dönməlidir.

Təəssüf ki, hazırda təqaüdlərin cəmi 8-9% artırılması planlaşdırılır ki, bu da inflyasiyanın yaratdığı yükü aradan qaldırmağa kifayət etmir”.

Əsmətxanım Rzazadə   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Yaqub
    Salam 30 40 manat pensiya qalxdı yanacaq qalxdı ərzaq qalxdı siqaret qalxdı divaynoy artımlar oldu ne xeyiri var
    4 months ago
  • Şhin
    təəssüf etik çərçivəsində yazdığım fikirlər niyə silinir anlamadım. mən sadəcə konkret səhvlərin mənbəyini uzaq illərdən. gəldiyini və səlahiyətli nazirlərin səhvini və aradan kaldırılması üçün yaxın prespektivdə iqtisadçılar birliyinin təklifini verəcəklərini gözlədiyimi yazırdı. ancaq iqtisadçı cənab Natiq Cəfərlinin fikirləri ilə razıyam malisəf cevabım silindi
    4 months ago