“Muğam Televiziya Müsabiqəsi - 2011”-in qalibi Səbinə Ərəbli Təranə Qumralın qızının efirdə oxumasını tənqid edib.
Yenisabah.az xəbər verir ki, “Həmin Zaur” proqramının qonağı olan xanəndə müğənninin qızının qeyri-peşəkar olduğunu qeyd edib:
"Videonu paylaşıb, yazmışdım ki, yaxşı görünmür. Onu bir az öyrədib, sonra efirə çıxartmalı idilər. Ola bilər uşağın yaxşı səsi var, görünüş xoşuma gəlmir. Ağzını çox açıb. Onu müəllim yanına aparıb bir az öyrətmək lazımdır". Sezar pizza
Xatırladaq ki, müğənni Təranə Qumral və Musa Musayevin qızı Sevgimin proqramların birində ifa etməsi gülüş hədəfinə çevrilmişdi.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız