“Təranə xanım kimi bu cür anam varsa, niyə ailəm dağılsın?!“ - Bloger

saytların hazırlanması

Evə çatdırılma

“Təranə xanım kimi bu cür anam varsa, niyə ailəm dağılsın?!“ - Bloger

Şou

24 Fevral 2023 12:16 1057


"Bizdə hər bir şey ailə çərçivəsindədir. Bu gün mənə çox sual verirlər ki, nəyə görə sən də oxumağa başladın?.."

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bunu Təranə-Musa cütlüyünün bloqer və müğənni qızı Qumral deyib.

O, "Xəzər axşamı" verilişində yüksək qonorar məbləğində gələn toy təkliflərindən söz açıb: "Başa sala bilmirəm ki, bizdə hər bir şey müəyyən sərhədlər və çərçivələr arasında, həyat yoldaşımın icazəsiylədir. Qoyarsa, etiraz etmərsə, bu işi görərəm. Amma icazə vermərsə etmərəm. Çox məclislərə çağırıblar və deyiblər ki, toya həyat yoldaşınız olmadan gəlin. Baxmayaraq ki, orada mənə 2000, 3000, 5000 manat qonorar verəcəkdilər, həmin məclislərə getməmişəm. Belə bir reallıq var həyatda. Bu günə qədər ailəmizi tutub saxlamışıqsa, bundan sonra da belə davam edəcək. pizza

Bəzi izləyicilər sosial şəbəkədə yazırlar ki, sən də başladın oxumağa, sabah da görərik ki, həyat yoldaşından boşanmısan. Xeyr! İstəsəydim, çoxdan nələrsə edərdim. Hələ ki Təranə xanım kimi bu cür anam varsa, inanın ki, bu heç vaxt mümkün deyil. Niyə də ailəm dağılsın?!

Həyat yoldaşım Natiq mənə dəstəkdir. Klipləri Natiq çəkir. Bunu da hamı bilir. Çox sağ olsun ki, bütün işlərimdə o mənimlə bərabərdir. Gözümüz artığında yoxdur. Başımız dincdir. Əsas da odur ki, xoşbəxtçiliyimiz və hüzurumuz var". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!