"Tərbiyəsiz onun özüdür" - Şəbnəm Tovuzlu əsəbləşdi - Video

Sent 17, 2019 16:43
Oxunma sayı: 381

Müğənni Şəbnəm Tovuzlu "Hər şey daxil" verilişinin qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, ifaçı "Üçümüz" verilişində "Nu poqodi" cizgi-filmi ilə bağlı suala cavab verərkən gülməli vəziyyətə düşməsindən danışıb: 

"Hamı məni sevmək məcburiyyətində deyil. Verilişdə mənə düzgün sual vermədilər. Deyir ki, "Orada qurdun adı nədir?". Sualı düzgün qurmadı. Məni verilişlərə çağıranda aparıcıya hörmət edib gedirəm. Aparıcı mənim şəxsiyyətimə, mədəniyyətimə nəsə deyə bilməz. Tərbiyəsiz onun özüdür".

Xatırladaq ki, sözügedən verilişdə Elcan Rəsulov Şəbnəmə "Nu poqodi"də canavarın adı nədir?" sualını ünvanlamışdı.

 

Yenisabah.az