Tərəzinin bir gözünə evlənəni, o birinə boşananı qoyduqda... - Son 10 ildə Azərbaycanda nə dəyişib?

saytların hazırlanması

Evə çatdırılma

Tərəzinin bir gözünə evlənəni, o birinə boşananı qoyduqda... - Son 10 ildə Azərbaycanda nə dəyişib?

Sosial

21 İyul 2026 15:31 239


Azərbaycanda evlənənlərin sayı azalmağa davam edir. Bu ilin ilk 5 ayında ölkədə həm nikahların, həm də boşanmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə aşağı düşüb.

Bununla yanaşı, son 10 ilin statistikası göstərir ki, nikahların sayı tədricən azalarkən, boşanmalar əvvəlki illərlə müqayisədə xeyli artıb.

“Yeni Sabah” xəbər verir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15 min 107 nikaha daxilolma və 8 min 87 boşanma halı qeydə alınıb. Toyuqlu pizza

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Dövlət Statistika Komitəsinin illik məlumatları isə son on ildə ailə institutunda baş verən dəyişiklikləri daha aydın göstərir. 2015-ci ildə ölkədə 68 min 773 nikah qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 49 min 53-ə enib.

Başqa sözlə, son 10 ildə nikahların sayı təxminən 20 min azalıb.

Boşanmaların statistikası isə əks tendensiyanı ortaya qoyur. Əgər 2015-ci ildə 12 min 764 nikah pozulmuşdusa, 2025-ci ildə bu göstərici 21 min 384-ə yüksəlib. Beləliklə, son on ildə boşanmaların sayı təxminən 67 faiz artıb.

Son 10 ilin rəsmi statistikası belədir:                                                                                                                          

İl Nikahların sayı Boşanmaların sayı
2015 68 773 12 764
2016 66 771 13 114
2017 62 923 14 514
2018 62 484 14 857
2019 63 869 17 148
2020 35 348 14 628
2021 56 314 17 191
2022 61 939 15 983
2023 54 200 21 688
2024 49 508 21 384
2025 48 546 20 675

Statistikadan görünür ki, ən kəskin dəyişiklik 2020-ci ildə qeydə alınıb. Pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər fonunda nikahların sayı 35 min 348-ə qədər enərək son illərin ən aşağı səviyyəsinə düşüb. Sonrakı illərdə müəyyən artım müşahidə olunsa da, nikahların sayı pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb. Eyni zamanda, boşanmalar son illərdə ardıcıl olaraq 21 min civarında qalmaqda davam edir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!