Təriqət liderinin oğlu dəhşətli faktları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Təriqət liderinin oğlu dəhşətli faktları açıqladı

Dünya

20 Oktyabr 2026 18:31 80


Keniyada 191 nəfərin ölümünə görə təqsirli bilinən təriqət lideri Pol Makkenzinin oğlu Dan Makkenzi kiçik bacı-qardaşlarının zorla ac saxlanıldığını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, BBC-nin məlumatına görə, 27 yaşlı Dan iki həftə əvvələ qədər beş kiçik bacı-qardaşı da daxil olmaqla səkkiz uşağa yemək verilmədiyini və onların oruc tutmağa məcbur edildiyini bildirib.

O, uşaqları xilas etmək üçün öz nənəsini polisə şikayət etdiyini deyib. Nəticədə uşaqlar nənəsinin evindən götürülərək mühafizə mərkəzinə yerləşdiriliblər. pizza mizza

Dan özü də uşaqlıqda təriqətin təsirinə məruz qaldığını, 12 yaşında təxminən bir həftə ac qalmağa məcbur edildiyini və yeddi yaşında məktəbi tərk etdiyini söyləyib. Hazırda Malindi şəhərində motosiklet taksi sürücüsü işləyərək özünə və kiçik bacı-qardaşlarına baxır.

Qeyd edək ki, Pol Makkenzi Şakahola meşəsində 190 uşaq və bir böyük şəxsin aclıqdan ölümünə görə təqsirli bilinib. İş üzrə təriqətin daha 28 rəhbəri də qətl ittihamı ilə məhkum edilib. Makkenzi tərəfdarlarına İsa ilə görüşmək üçün özlərini və uşaqlarını ac saxlamağı əmr etməkdə ittiham olunurdu.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!