Tərtərdə hərbçilərə işgəncə verənlərdən ikisinin fotosu yayıldı 

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə hərbçilərə işgəncə verənlərdən ikisinin fotosu yayıldı 

Sosial

12 İyun 2023 17:27 25623


“Tərtər İşgəncələri”ndə təqsirləndirilən şəxslərin məhkəməsi davam edir. Məhkəmə prosesində zərərçəkənlərin və dövlət ittihamçısının səsləndirdiyi tükürpədici faktlar  işgəncələri verən şəxslərin milli kimliyi ilə bağlı da suallar yaradıb.

“Yeni sabah” xəbər verir ki, “Tərtər İşgəncələri”ndə ağlasığmaz formada əzablara məruz qalan Nemət Məhərrəmov ona və digər hərbçi yoldaşlarını bu amansızlığı törədənlərin ikisinin fotosunu yayıb.

O sosial şəbəkədəki paylaşımında yazır: Pepperoni pizza

“Ruslan Mikayilov, biri də Polad Əzizovdur.  2017 -ci ilin mayında  “Tərtər  hadisələri”ndə mənə və mənim doyuş yoldaşlarima ağır işgəncə verib,  qətlə yetirən bunlardır. Hər kəs bunları tanısın”.

Qeyd edək ki, Məhərrəmov bəraət alan hərbçilərdən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!