“Təslim olma!” - Şəfiqə Nağıyevanın paylaşımı

saytların hazırlanması

Evə çatdırılma

“Təslim olma!” - Şəfiqə Nağıyevanın paylaşımı

Sosial

07 İyul 2026 14:49 94


“Bir gün geriyə baxacaq və başa düşəcəksən ki, hər şey məhz olması gərəkdiyi kimi baş verib”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri tanınmış vəkil Şəfiqə Nağıyeva deyib.

O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərlə izləyicilərinə ümid və səbir ismarışı göndərib:  Dominos pizza

“İnsan planlar qurur, tələsir, hər şeyə çatmağa çalışır. Amma qəfil nəsə istədiyi kimi getmir: qapılar üzünə bağlanır, fürsətlər yoxa çıxır, arzular isə sanki ondan uzaqlaşır. Adama elə gəlir ki, bütün dünya sənə qarşıdır. Amma zaman keçdikcə anlayırsan ki, bəzi yollar sənə cəza vermək üçün deyil, səni qorumaq üçün bağlanıb. Bəzi insanlar da sənin pis olduğuna görə getməyiblər. Sadəcə, onların sənin həyatındakı vaxtı başa çatıb.

Ona görə də indi nəyinsə alınmadığına görə ümidsizliyə qapılma. Ola bilsin ki, tale sənin üçün daha yaxşı bir şey hazırlayır.

Yoluna davam et. Ümidini itirmə. Təslim olma.

Bir gün geriyə baxacaq və başa düşəcəksən ki, hər şey məhz olması gərəkdiyi kimi baş verib".

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!