Təxminən 10 yaş gəncləşmə naminə 200 min dollar xərc

saytların hazırlanması

Evə çatdırılma

Təxminən 10 yaş gəncləşmə naminə 200 min dollar xərc

Şou

28 Aprel 2026 17:39 162


Ebru Gündeş xarici görünüşündəki dəyişikliklə diqqət mərkəzinə düşüb.

“Yeni Sabah” xəbər verir ki, o, daha gənc görünüşünün estetik müdaxilə sayəsində olduğunu gizlətməyib.

Müğənni yarım üz gərdirmə əməliyyatı etdirdiyini təsdiqləyib.

TV 8 kanalının “Gel Konuşalım” proqramında Ebru Gündeşlə bağlı səsləndirilən iddia isə yeni müzakirələrə yol açıb.

Proqramda iddia edildiyinə görə, Ebru Gündeş bu əməliyyat üçün təxminən 200 min dollar (təxminən 340 min manat) vəsait xərcləyib. Lakin bu rəqəm rəsmi şəkildə təsdiqlənməyib.

Yarım üz gərdirmə (mini facelift) estetik cərrahiyyə əməliyyatıdır və əsasən üzün aşağı hissəsində - yanaq və çənə nahiyəsində sallanmış dərinin toparlanması məqsədilə həyata keçirilir. Bu prosedur klassik üz gərdirməyə nisbətən daha lokal müdaxilə sayılır və daha qısa bərpa müddəti ilə seçilir. Adətən üzün daha gənc və dartılmış görünməsi üçün tətbiq olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!