“Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik” 

saytların hazırlanması

Evə çatdırılma

“Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik” 

Sosial

31 Avqust 2023 07:57 412


Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən humanitar yükün ünvana çatdırılması məqsədilə danışıqlar aparılır. Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzQAC-ın prezidenti Novruz Aslan deyib.

“Sülhməramlı qüvvələrlə mütəmadi olaraq danışıqlar gedir. Bizim tərəfdaşlarımız da prosesi izləyirlər, lazım olanda onlar da prosesə qoşula bilərlər. İnanıram ki, bu məsələ yaxın vaxtda öz həllini tapacaq”, - deyə o əlavə edib. Sezar pizza

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!