Müğənni Teylor Sviftin komandası onun süni intellekt vasitəsilə saxta şəkildə istifadə olunmasının qarşısını almaq üçün ABŞ Patent və Ticarət Nişanları İdarəsinə üç müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, iki müraciət onun səsinin qorunması ilə bağlıdır. Bu müraciətlərdə “Hey, it’s Taylor Swift” və “Hey, it’s Taylor” ifadələrinin səsli ticarət nişanı kimi qeydiyyata alınması istənilir. Üçüncü müraciət isə müğənninin çəhrayı gitara ilə fotosunun vizual ticarət nişanı kimi qorunmasına aiddir.
Bundan əvvəl oxşar addımı aktyor Metyu MakKonahey atıb və onun məşhur “Alright, alright, alright!” ifadəsi də ticarət nişanı kimi qeydiyyatdan keçib.
Mütəxəssislər bildirir ki, bu cür ticarət nişanları məşhurların imicinin qorunmasına əlavə hüquqi imkanlar yaradır.
Qeyd edək ki, Teylor Sviftin adı və görüntüsü əvvəllər də icazəsiz istifadə edilib. Bunlara saxta siyasi dəstək videoları və deepfake (saxta) görüntülər daxildir./Axsam.az
Telegram kanalımız