“Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun” 
31 Okt 2020 12:53
2806

“Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun” 

Xəbər verdiyimiz kimi müğənni Vüqar Muradov könüllü olaraq hərbi xidmətə yola düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan ifaçı 10 gündür cəbhədə olduğunu deyib:

"Artıq 10 gündür ön cəbhədəyəm. Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm. Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir".

Xatırladaq ki, müğənni bir müddət əvvəl qonaq olduğu proqramda cəbhəyə getmək istəsə də aparmadıqları üçün gileylənmişdi:

Səfərbərliklə bağlı mən də Qax hərbi komissarlığına getdim ki, mənə də ehtiyac olarsa aparın. Bir həftə, on gün gözlədim gördüm səs çıxmır, yaşıma görə aparmadılar. Dedim ki, yaxşı sürücülük qabiliyyətim var, nəsə yük daşıyım, əsgərə dayaq olum. Qapıdan qovdular, bacadan girdik. Axırda dedilər gedin, ay bala, nə istəyirsiniz? Namusuma, şərəfimə and olsun ki, əsgərin ayağını yumağa belə hazıram, təki aparsınlar”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər