Ticarət və xidmət sahələrində paltardəyişmə otaqlarından istifadə qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Ticarət və xidmət sahələrində paltardəyişmə otaqlarından istifadə qadağan edildi

Sosial

16 İyun 2021 18:50 1100


Ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır.

Yenisabah.az xəbər verir ki, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib. Dominos pizza

Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Qeyd edək ki, bu tələblər səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!