Tikinti Məcəlləsinə dəyişikliklərdən sonra hansı evlər UCUZLAŞACAQ? - Ekspert danışdı

saytların hazırlanması

Evə çatdırılma

Tikinti Məcəlləsinə dəyişikliklərdən sonra hansı evlər UCUZLAŞACAQ? - Ekspert danışdı

Sosial

01 Noyabr 2023 12:44 591


Oktyabr ayının 1-dən Şəhərsalma və Tikinti Məcəlləsinə bir sıra düzəlişlər edilib. Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan və s. obyektlərin kommunal xidmətlərə qoşulması qadağandır. Bu yeniliyin əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.

Mövzuya dair Yenisabah.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, dəyişiklik bir çox problemlər yaradacaq:

“Bu proses bütün ölkədə və birdən-birə baş verə bilməz. Düşünürəm ki, bu qərarın təsiri daha çox coğrafi xarakterli olacaq. Daha çox sənədsiz evlərin çoxluq təşkil etdiyi ərazilərdə problem yaşanacağı gözlənilir. Çünki sonradan onların hamısına sənəd almaq mürəkkəb görünür. Kommunikasiya xətti çəkilməyən mövcud natamam tikililər, yaxud bu qərara uyğun olmayan tikintisi tamamlanan evlərin qiymətinin düşməsi qaçınılmazdır.  Dördpendirli pizza

Ölkənin ərazisindəki kəndlərdə torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır. Bu kimi torpaqlarda sakinlər qədimdən indiyə kimi fərdi qaydada həyətyanı sahələrdə, yaxud pay torpaqlarında həyət evləri tikiblər. Qanunla kənd təsərrüfatı təyinatlı sahələrdə yaşayış evlərinin inşası qadağandır. Bu isə öz növbəsində əvvəlcədən bu ərazilərdə tikilən evlərə kommunikasiya xətlərinin çəkilməsinə müəyyən əngəllər yaradacaq. Əgər yeni qüvvəyə minən qərar qlobal xarakter daşıyacaqsa, ölkədəki bütün torpaqların təyinatına yenidən baxılması zəruri olacaq”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!