Tikinti şirkəti ağacları kəsdi - Prokurorluğa şikayət olundu

saytların hazırlanması

Evə çatdırılma

Tikinti şirkəti ağacları kəsdi - Prokurorluğa şikayət olundu

Sosial

30 İyun 2023 11:36 665


Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. pizza mizza

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində “Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində “İnvest M. Construction” MMC, Nərimanov rayonu, Heydər Əliyev prospektində “FMG” MMC, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park” QSC, Qaradağ rayonu, Lökbatan qəsəbəsində isə vətəndaş Tahir Osmanov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!