"Milli dələduzlar" qrupunda bilet satışı adı altında həyata keçirilən dələduzluq halı ilə bağlı növbəti xəbərdarlıq paylaşılıb.
“Yeni Sabah” xəbər verir ki, Fərid Əhmədov adlı sosial şəbəkə istifadəçisi "TikTok" platformasında fəaliyyət göstərən bir səhifənin yaxınını aldadaraq pulunu mənimsədiyini bildirib. Məğduriyyətini bölüşən vətəndaş digər şəxsləri də ehtiyatlı olmağa və sözügedən səhifəyə inanmamağa çağırıb:
"'Bilet satan' dələduzu hamı tanısın və heç kim bu səhifəyə inanmasın! Bu fırıldaqçı 'TikTok'da @ticketbakuonline profili ilə yakınımı aldadaraq 110 manat pul mənimsəyib. İki ədəd bilet üçün ümumilikdə 110 manat pul göndərilib. Biletləri 'iTicket' hesabına transfer edəcəyini desə də, bir müddət gözlədikdən sonra yoxa çıxdı. Həmin hesaba özüm də dəfələrlə yazdım, zəng vurdum, amma müxtəlif bəhanələr gətirirdi. Sonda isə hesabımı blokladı." Dominos pizza
Nazim Hacıyev
Telegram kanalımız