Tiktoker aktrisa vəkillə dalaşdı: “Heç kimin fikri də önəmli deyil“

saytların hazırlanması

Evə çatdırılma

Tiktoker aktrisa vəkillə dalaşdı: “Heç kimin fikri də önəmli deyil“

Şou

11 Mart 2022 17:17 629


“Gəlinlə qayınana, adətən, bir-birin qırır, saçını yolur. Biz fərqlilik edirik…”

Bu sözləri “Elgizlə İzlə” proqramında qonaq olan aktrisa Nəzakət Məmmədova deyib.

Gəlini ilə birgə “TikTok”da videolar çəkən aktrisa tez-tez tənqidlərə məruz qaldıqlarını deyib: Dördpendirli pizza

“Ədəbsiz, kimisə qıcıqlandıran nəsə etmirik. Çalışırıq etik normalar çərçivəsində nələrsə çəkib insanları sevindirək.

Gəlinlə qayınana, adətən, bir-birin qırır, saçını yolur. Biz fərqlilik edirik. Heç pul qazanmağı düşünmürəm. İncəsənət ailəsiyik, bizə maraqlıdır. Heç kimin fikri də önəmli deyil" .

Proqramda ekspert olan vəkil Şəfiqə Nağıyeva isə aktrisaya bunu yaraşdırmadığını deyib. Bu zaman sənətçi ilə vəkil arasında mühahisə yaranıb.

"Öz fikrinizdir. Biz qırğın etmirik... Sizin öz, bizim öz həyat tərzimiz var. Fikriniz mənim üçün önəmsizdir. Avtoritet deyilsiniz ki, fikriniz də mənə maraqlı olsun", - deyə aktrisa Şəfiqə Nağıyevaya sərt cavab verib.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!