“TikTok”da 600 mindən çox izləyicisi olan Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub.
Yenisabah.az avtosfer.az-a istinadla xəbər verir ki, o, idarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Hadisənin görüntülərini elə özü “TikTok”da paylaşılıb. pizza hut
Kadrlarda görünür ki, N.Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobili ilə paytaxtın Vaqif küçəsində bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açmaqla” onların diqqətini yayındırır.
Daha təhlükəlisi isə dönmə manevri etdikdən sonra baş verir. Tiktoker digər əlini də sükan arxasından çəkərək avtomobilin pəncərəsini qapatmağa çalışır. Bu davranış nəinki yol hərəkəti qaydalarına, elementar sürücülük məsuliyyətinə ziddir.
Qanunvericiliyə əsasən, avtomobil idarəetməsi zamanı təhlükəli davranışlara yol verən sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır. Xüsusilə idarəetmə zamanı hər iki əlin sükan üzərində olmaması və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edən hallarda cərimə və ya sürücülük hüququndan məhrumetmə tədbirləri tətbiq oluna bilər.
Bundan əvvəl də N.Nəcəflinin yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.
Telegram kanalımız