“Tofiq Bakıxanov Bakıxanovlar nəslindən deyil” –   ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Tofiq Bakıxanov Bakıxanovlar nəslindən deyil” – ŞOK İDDİA

Sosial

25 Avqust 2026 15:33 214


Milli Məclis üzvü Rafael Hüseynov “Facebook” səhifəsində Xalq artisti, bəstəkar Tofiq Bakıxanovla xatirəsini paylaşıb.

"Yeni Sabah" xəbər verir ki,  mərhum bəstəkarla birlikdə Nizami muzeyində dekabr ayında Abbasqulu ağa Bakıxanovla bağlı tədbir keçirməyi nəzərdə tutulduğunu qeyd edib:

"Avqustun 21-də oğlu Vahidlə əlaqə saxladım. Dedim ki, şənbə günü günorta Tofiq müəllimlə görüşə gəlmək istəyirəm. Bu gün Tofiq müəllimlə görüşdük. Səhhətində böhranlar var. Ancaq eşq həminki eşdir. Nizami muzeyində dekabr ayında Abbasqulu ağa Bakıxanovla bağlı tədbir keçirməyi nəzərdə tutmuşduq. Yadıma o mərasimi salır. Asta səslə pıçıldayır ki, orada çıxışımda deyəcəyəm ki..." pizza hut

T.Bakıxanovun məşhur Bakıxanovlar nəslinin davamçısı kimi tanınırdı. Onun atasının babası tarixçi və maarifçi Abbasqulu ağa Bakıxanovdur. Lakin bəzi mənbələrə əsasən, onun atası Əhməd Bakıxanov Abasqulu ağa Bakıxanovun nəvəsi deyil.

“Azərbaycan DNT Layihəsi”nin admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar “Yeni Sabah”a bildirib ki, bəstəkar Tofiq Bakıxanov məşhur Bakıxanovlar nəslinə aid deyil:

“Azərbaycanın tanınmış zadəgan və xan nəsillərindən olan Bakı xanlığını 1747-ci ildən 1806-cı ilə qədər idarə edən Bakıxanovların Y DNT haploqrupu N haploqrupunun BY188932 subkladı olaraq müəyyən olundu. Genetik test nəticəsinə əsasən Bakıxanovlar ata tərəfdən 750-ci ildə (təqribən 1350-1400 il öncə) Neftçaladan olan digər həmyerlimiz Kərimovlar nəsli ilə eyni ortaq əcdadı paylaşır. Yəni əmioğludur.

Yuxarı qolda isə Voronejdən olan Sibir mənşəli tatarlarla və Türkiyədən türklə, eyni zamanda Bolqarıstandan bolqar türkü ilə birləşən Bakıxanovların mənşəyini elmi dəlillərlə Sibir(Orta Asiya) kökənli türk olduğunu söyləyə bilərik.

DNT şəcərəsinə əsasən, bəstəkar Tofiq Bakıxanov məşhur Bakıxanovlar nəslinə aid deyil”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!