Aparıcı Tarix Əliyev (Tolik) Həcc ziyarətindən edilən bəzi paylaşımlara irad bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində söz açıb:
“Allaha qurban olum. Əvvəl qonşuda saqqallı kişiləri Həccə yola salırdılar. İndi baxıram, Ümrə ziyarətinə kimlər gedir... Pepperoni pizza
Özüm o yolu getməyə layiq deyiləm. Allah mənə ruzi yetirsin, o yola getmək istəyən insanı göndərim. Ondan çox savab qazanaram, oranı Antalya-Bodruma döndərməyin, günahdır. Hər insanı aparmasınlar. Söhbət müğənnilərdən getmir.
Məsələn, bu yaxınlarda Xatun bacısı, anası ilə getmişdi. Allah qəbul etsin. Bəzən qarşıma tanınmamış simalar çıxır. Görürəm ki, orada ifrat hərəkətlər edirlər. Ora Allahın evidir, günahdır”.
Telegram kanalımız