Tolik əsəbləşdi: “Bu, kişilikdən deyil!”

saytların hazırlanması

Evə çatdırılma

Tolik əsəbləşdi: “Bu, kişilikdən deyil!”

Şou

09 Oktyabr 2023 11:59 514


“44 günlük müharibədən sonra qazilərimizin yarasını sarımağa Fələstin deyil, İsrail həkimləri gəldi. Onlar pulsuz-parasız yüksək texnologiyalı protezlər gətirdilər, göz köçürmə əməliyyatı etdilər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) deyib.

O, müharibə dövründə İsraili dəstəkləyib: “Müharibə dövründə İsrailin PUA-ları neçə övladımızı ölümdən qurtardı, raket hücumundan qorudu. Bilmədiyimiz yüzlərlə belə fakt var. Elə təkcə LORA (İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket - red.) nəyə desən dəyər.

Türkiyədə zəlzələ olanda İsrail xilasediciləri hamıdan tez özünü ora çatdırdı. Həkimləri körpə türk balaları üçün dayə oldu. Riskə girib nə qədər adam xilas etdilər. Yaxşılığı unutmaq olmaz, ən azından bu, kişilikdən deyil!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!