Tolikdən sərt açıqlama: “Onlar cəmiyyətə bir manat xeyri olmayan insanlardır”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Tolikdən sərt açıqlama: “Onlar cəmiyyətə bir manat xeyri olmayan insanlardır” - Video

Sosial

04 Fevral 2022 12:30 1982


Bu gün teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” təhsili ictimai müzakirə edəcək.

Son günlər təhsil müəssisələrində baş verənləri müzakirə etmək istəyən Tolikİn bu hərəkəti sosial şəbəkələrdə bir qrup insanın narazılığına səbəb olub.

İstifadəçilərin bəzisi onun şou adamı olduğunu, bu cür ciddi məsələləri müzakirə etməyə haqqı çatmadığını iddia edib. Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Tolik bu yanaşmanın düzgün olmadığını bildirib:

“Nooldu, xeyriyyə işi görəndə heç məni paylaşıb demirdilər ki, Tolik şou adamıdır, amma 30 kasıb ailənin övladını sünnət etdirib, ehtiyacı olanlara yardım edir, indi isə belə yazırlar. Niyə ciddi məsələləri müzakirə etməyim ki? Facebook-da haqqımda yazanlar cəmiyyətə bir manat xeyri olmayan insanlardır”.

O, verilişdə müzakirəni peşəkarlarla aparacağını qeyd edib:

“Bu müzakirəni tək özüm etmirəm. Proqramda təhsil eksperti, vəkil, həkim, tanınmış jurnalist qonaq olacaq. Tək mən çıxıb müzakirə etsəyidim, deyərdilər ki, “Tolik şou adamıdır niyə təhsildən danışır?” Əsas odur ki, proqramda təhsil eksperti olacaq, Kamran Əsədovu hamı tanıyır. Bizi maraqlandıran əsas mövzu odur ki, valideynlər, məktəblər niyə bu duruma gəlib?

Düzdür, sovet dövründə də belə hallar yaşanırdı, biz bunu filmlərdən görürdük, şagirdlərin nadincliyi göstərilirdi. Lakin indi bu dəb halını alıb, sanki bir-birini təkrarlayırlar, bir məktəbdə hadisə baş verir, ona heç nə demirlər, sonra başqası edir. Bu hamısı “Tik-Tok”un fəsadlarıdır. Bu gün heç bir sosial şəbəkədə şagirdlərin özbaşınalığını görə bilməzsiniz, bunu yalnız “Tik-tok”da paylaşırlar. Bundan əvvəl də mən təhsil mövzusunu müzakirəyə çıxarmışdım. Buna görə kim mənə nə deyə bilər?! Kim qadağan edə bilər ki, bu mövzuya toxunma? Məni buna görə qınayan adamlara adbaad cavab verə bilərəm! Görəsən, onlar bu ölkə üçün məndən xeyirli vətəndaşdırlarmı?”  

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahmud Mammadov
    Bu adama oxşar kimdir ki, .millətə xox gəlir, yoxsa saxlayanı vəzifəli almaqdır ona görə. Sən elədiklərini bu milləti ələ salıb yığdığın pulla etmisən. Sən öləsən ki, sən pulları məqsədsiz xərcləmədən. Ona görə də çəkib gözə soxurdu. Ay mənəviyyatsız yarımadam, kişilikdən xəbəri olmayan məxluq, sənin kimilər cəmiyyətə buraxılmamalıdır. Çünki sən və sənin kimilər bu millətin tarixində qara yaradır.
    4 years ago
  • Akif m
    Tolik, sən də, sənin kimi digər şou sənətçiləri də humanizmin, mərhəmətin etik prinsiplərini heç vaxt görmədik. Belə mərhəmət heç kimə lazım deyil. Mərhəmət xeyirxahlıq etdiyin adamı minnət altında qoymamaqdır. Sən hardan jurnalist oldun ki. Prodüserliyinlə mışğul olsan, sənə kimsə ayrılmayacaq.
    4 years ago
  • muhendis
    Tolik cən get öz işin varsa onunla məşğul ol. Onsuzda sən cəzalanacaqsan!
    4 years ago