Tolikdən Günay Ağamalıya ağır sözlər: “Atasından ona qalanlar hamıya bəllidir...”

saytların hazırlanması

Evə çatdırılma

Tolikdən Günay Ağamalıya ağır sözlər: “Atasından ona qalanlar hamıya bəllidir...”

Sosial

23 May 2026 11:19 25071


Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Deputatın “uşaqpulu valideynlərdə tənbəllik yarada bilər” açıqlaması sosial şəbəkələrdə və ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Deputat bildirib ki, bu gün ailələrə müxtəlif sosial müavinətlər təqdim olunur və müəyyən mənada uşaqpulu həmin sosial dəstək mexanizmləri çərçivəsində həyata keçirilir.

Onun sözlərinə görə, hazırda ölkədə uşaqpulunun tətbiqi geniş ictimai müzakirə mövzusu deyil. Günay Ağamalı qeyd edib ki, ailələr övlad dünyaya gətirərkən dövlət dəstəyinə arxalanmamalıdır. Deputat hesab edir ki, uşaqpulunun tətbiqi müəyyən hallarda valideynlərdə asılılıq və tənbəllik yarada bilər. pizza hut

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında prodüser Tarix Əliyev (Tolik) bildirib ki, Günay Ağamalının atası da illərlə Azərbaycan dövlətində, parlamentdə xidmət göstərib:

“Amma bu gün Günay xanımın açıqlaması cəmiyyət tərəfindən, hətta bir çox ziyalılar tərəfindən də çox aqressiv qarşılanır. Bildiyimə görə, Azərbaycanın 125 millət vəkili var. Onların maaşları təxminən 7000 manat və daha yuxarıdır. Bu isə dövlət büdcəsindən aylıq böyük məbləğin ayrılması deməkdir. İllik hesabladıqda milyonlarla manat vəsait yalnız deputat maaşlarına sərf olunur. Olmazdımı ki, Günay xanımın timsalında bəzi deputatlar öz maaşlarının bir hissəsindən imtina edib aztəminatlı ailələrə dəstək göstərsinlər”?

Müsahibimiz əlavə edib ki, bəlkə də bütün Azərbaycana yox, amma rayonlarda, bölgələrdə elə ailələr var ki, onların uşağının 50 manata ehtiyacı var:

“Həmin uşaqlar böyüyüb bu ölkəyə xidmət edəcək, əsgər gedəcəklər. Amma Günay xanımın övladının xaricdə təhsil alır, bəlkə əsgər də getməyəcək. Onun kimi deputatlar xalqın səsini danışmalı, televiziya və parlamentdə xalqın problemlərini dilə gətirməlidirlər. Əgər Günay Ağamalı yalnız öz rahatlığını düşünürsə, anlamalıdır ki, bu gün bir nəfərin minimum əməkhaqqı ilə ailə dolandırması çox çətindir”.

Tarix Əliyev qeyd edib ki, “uşaq pulu verilərsə insanlar tənbəlləşər” fikri ilə razı deyil:

“İnsanlar tənbəlləşmir, sadəcə yaşamaq üçün dəstəyə ehtiyac duyurlar. Mənə elə gəlir ki, elə onun kimi deputatlar tənbəlləşir. Efirdəki çıxışı da mətndən oxuyurdu”.

Prodüserin fikrincə, xalqın seçdiyi millət vəkili xalqın sözünü deməlidir və yalnız öz mənafelərini düşünməməlidirlər:

“Digər tərəfdən Günay Ağamalıya atasından qalanlar və şəxsi biznesi də hər kəsə bəllidir. O, aylıq 7000 deputatlıq maaşı ilə dolanmır. Evindəki işçiləri, özəl sürücülərini nəzərə alsaq, bu, mümkün deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Abdullayev Muhemmed
    Millet vekili milletin adindan danişmalidir.toxun acdan ne xeberi olsun.millet çetin şeraitde yaşayir.kommunal xercler coxalib.erzaq bahalasib.
    2 months ago
  • Valeh
    Nə düşübsünüz ey bu Günay Ağamalının üstünə. O, bu ölkədə son söz deyən adam deyil axı. Uşaq pulu verdilər, o da mane oldu? Sizlər də elə linç etməyə adam axtarırsınız.
    2 months ago
  • Şəmsəddin
    Tarix Əliyev çox düzgün danışır. Millət vəkillərinin vəzifəsi xalqın nümayəndələrinin mənafeini qorumaq, onların problemlərini həll etməkdir. Nəinki ,.......
    2 months ago
  • Mesed
    Tamamilə razıyam) Aylıq 350 -400 manat gəliri olan ailələr necə dolanırlar,hec xəbərləri varmı görəsən? İşıq oulu, qaz pulu, su pulu, məktəb pulu, yol pulu, cörək pulu, pampers pulu ,əyin baş almaq ........nələr, nələr.Yazıqlar olsun bu millətin millət vəkillərinə
    2 months ago
  • Haller
    ...sen deme "deputat"lar bu uzden danismirlar...cunki, danisanda xaricleyirler!!!
    2 months ago