Tolikdən Rasim Balayevə atmaca: “Mənə “meymunluq edir” desə...“

saytların hazırlanması

Evə çatdırılma

Tolikdən Rasim Balayevə atmaca: “Mənə “meymunluq edir” desə...“

Şou

27 Avqust 2019 14:58 1098


Meyxanaçı Aqşin Fateh “Hər şey daxil” verilişinin növbəti qonağı olub.

"Yeni Sabah" bildirir ki, efir zamanı meyxanaçı Rasim Balayevin Fərda, Elməddin, Müşviq kimi cavan aktyorlar haqda “Onlara baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar” fikrinə haqq qazandırıb:

“Rasim Balayev bu millətin ağrı acısı ilə hərtərəfli tanış olan insandır. Onun o qədər böyük sənəti var ki, o sözü deməyə haqqı var. Bu gün Azərbaycanda ciddi film çəkilmir, insanlar getmir filmə” Toyuqlu pizza

Aparıcı Tarix Əliyev (Tolik) isə onun sözünü kəsərək aktyoru tənqid edib:

“Heç kəsin kiməsə “meymunluq edir” deməyə haqqı yoxdur. Mənə çıxıb hansısa sənətkar “meymunluq edir” desə, ona elə cavab verərəm ki, yeddi qatından keçər! Şəxsiyyəti təhqir etmək olmaz. Sən düz danışmırsan. Rasim Balayev gəlsin kino çəksin görüm, gedəcəklər?”

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!