Tolikə ağır itki: “Bir neçə saat əvvəl rəhmətə getdi...”

saytların hazırlanması

Evə çatdırılma

Tolikə ağır itki: “Bir neçə saat əvvəl rəhmətə getdi...”

Şou

04 İyul 2021 09:04 8586


Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevə ağır itki üz verib.

“Yeni Sabah” Azxeber.com-a istinadən bildirir ki, Tolikin analığı Ceyran xanım qəfil dünyasını dəyişib. Tolik atası və Ceyranın fotosunu paylaşaraq, yazıb:

"Həyat çox qəribədir. Atamın ölümündən 5 aydan bir neçə gün keçib. Bir neçə saat əvvəl 21 illik həyat yoldaşı, bacımın anası, mənə uşaqlıqdan baxan analığım qəflətən rəhmətə getdi. Doğma anam olmasan da mənim üstümdə əziyyətin olub, halal elə mənə ana. Sən məni dünyaya gətirməmisən amma mənim əziyyətimi çəkmisən. Koronavirus oldum, gecə-gündüz başımın üstündə dayandın. İstəyin atamın yanına tez getmək idi. Allah sizi qovuşdurdu". pizza mizza

Qeyd edək ki, Tarix Əliyevin atası bu ilin yanvar ayında dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!