Topçu Vüsalın yeni fotosu yayıldı: Yenə öz postunda

saytların hazırlanması

Evə çatdırılma

Topçu Vüsalın yeni fotosu yayıldı: Yenə öz postunda

Sosial

30 Mart 2021 11:07 1425


Vətən müharibəsi zamanı Topçu Vüsal kimi tanınan əsgər Şahkərimov Vüsal İslam oğlunun yeni fotosu yayılıb.

Sosial şəbəkələrdə yayılan fotoda Topçu Vüsal yenə məğrur duruşu ilə diqqət çəkib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi. pizza hut

Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmin fotonu təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!