Torbalar pulla satılandan nə dəyişib? - Ekspert açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Torbalar pulla satılandan nə dəyişib? - Ekspert açıqladı

Sosial

24 Oktyabr 2023 15:28 827


2022-ci ilin fevral ayından etibarən polietilen torbalar mağazalarda artıq pulsuz deyil, yəni satılır. Bu qərar verilərkən məqsədin ekologiyanı qorumaq olduğu vurğulanırdı. Amma yeniliyin təbiətin qorunmasına töhfəsi oldumu?

Yenbisabah.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bu qərar 8 ayda ölkəmiz üçün effektiv təsir göstərib:

“Polietilen torbaların satışı, təbii ki effektini verdi. Əvvəla, torbaların keyfiyyətində özünü göstərdi. Hazırda satışda olan torbalar ekoloji cəhətdən əvvəlkilərlə müqayisədə daha yaxşı keyfiyyətə malikdir. Çürümə və torpağa qarışma baxımından əvvəlki torbalarla müqayisədə, indiki torbalar daha yüksək keyfiyyətə malikdirlər. Eyni zamanda, polietilen torbaların satılması insanların torbalara daha qənaətlə yanaşmasına gətirib çıxardı”. Pepperoni pizza

Ekspert qeyd edib ki, dünya təcrübəsində də ekologiyanı qorumaq məqsədilə polietilen torbaların az istifadə edilməsi üçün addımlar atılır: 

“Bu, beynəlxalq təcrübədə də özünü təsdiqləyib. Məsələn, sözügedən mövzuda Böyük Britaniya qədər təbliğat aparan ikinci ölkə yoxdur. Bu, reklamlara, sosial çarxlara, təbiətin mühafizəsi ilə bağlı müxtəlif tədbirlərə çox geniş yer ayrılıb, amma böyük vəsaitlər xərclənsə də, demək olar ki, ciddi anlamda heç bir irəliləyiş olmamışdı. Amma Böyük Britaniyada polietilen torbalar satılmağa başlayanda böyük sayda azalma baş verdi. Bu, indi Azərbaycanda da özünü göstərir. Yəni artıq insanların dünən istifadə etdiyi polietilen torbanı bu gün də istifadə etməsini görürük. Yaxud bütün ərzaqları 1 torba ilə aparırlar, halbuki əvvəllər 2-3 ədədindən istifadə edirdilər”.

Nəzrin Musayeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!