“Payızda toyu olacaqdı, indi isə dəfnidir, can qardaşımı itirmişəm”   – Əlikram Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Payızda toyu olacaqdı, indi isə dəfnidir, can qardaşımı itirmişəm” – Əlikram Bayramov

Şou

20 İyul 2020 13:18 3922


Son günlər azərbaycanlı məşhurların hərbi komisarlığa yollanaraq qeydiyyatdan keçməsi xeyli müzakirə olunur. Cəbhədə vuruşmaq istəyən könüllülər siyahısına Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, aparıcı Hacı Nuran Hüseynov, reper Qurd, şairə Nazilə Səfərli, Xəyyam Nisanov və başqaları daxil olub. Sənət adamlarının bu addımı izləyicilər tərəfindən birmənalı qarşılanmır. Bəzisi onları özlərini reklam etməkdə, bu cür kampaniyanı bayağılaşdırmaqda ittiham edirlər. 

Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov da məsələyə münasibət bildirib. 

İfaçı həmkarlarının bu addımını yüksək qiymətləndirdiyini, hətta paylaşmasa belə özünün də orduda qeydiyyatdan keçdiyini deyib: Dördpendirli pizza

“Mən 4-5 gün bundan əvvəl Biləsuvarda şəhid dəfn etmişəm. Biləsuvarlı şəhidimiz Rəşad qardaşımız mənim dostum idi. Vətənpərvərlik insanın qanından, canından irəli gələn bir şeydir. Bu şou deyil ki, bunu adiləşdirsinlər. Ortada can məsələsi var, torpaq məsələsi var. Qanımızdan, canımızdan da əziz olan torpaqdan gedir söhbət. Heç kim bunu şoulaşdıra bilməz. O ki, qaldı müğənnilərə, onlar da bu torpağın vətəndaşıdır. Əgər tanınmışlar bu məsələyə biganə qalıb orduya yazılmasaydı, yenə tənqid atəşinə tutulacaqdılar ki, heç biri gedib yazılmadı. Vətən torpağını qorumaq müğənninin də borcudur, torpaq yoxdursa, orada nə müğənniyə, nə aşığa, nə saza ehtiyac var. Orada incəsənətdən söhbət belə gedə bilməz. Bu gün şou əhli ordu sıralarına könüllü qeydiyyatdan keçibsə, düz edib. Elin qınağı var, sabah deyəcəklər, nə oldu bu ölkədə vətənini sevən bir müğənni yoxdu? Bunu paylaşan məşhurlara yazılan rəylərə baxıram, elə şeylər yazırlar ki... Belə sözlər yazmaq olmaz axı, bu onun canından gəlib gedib yazılıb. Sabah Ali Baş Komandanımız əmr versə ki, hamı getsin, yüz faiz o yazılanlar getməlidir. Necə ola bilər ki, sən getmisən orada qeydiyyatdan keçmisən və çağrılanda getməyəsən?! Bu adamlar onu gözə alıb yazılıblar. Sosial şəbəkələrdə də birlik göstərməliyik. Mən evin bir övladı olan dostumu öz əlimlə aparıb tapşırmışam torpağa. Rəşad özünə təzə ev tikirdi, nişanlanacaqdı, toyuna hazırlaşırdıq. Payızda toyu olacaqdı, indi isə dəfnidir. Elə şeylər var ki, bunları düşünəndə çox pis oluram. Mən can qardaşımı itirmişəm. Orduya yazılan hər bir həmkarıma da halal olsun deyirəm. Bunun şoulaşdırmaqla nə əlaqəsi var? Mən özüm də könüllü yazılmışam, amma sosial şəbəkələrdə paylaşmamışam. Rəşadı itirəndən sonra gedib yazıldım. Bunu paylaşmadım, çünki bilirəm ki, altına yazacaqlar özünü reklam edir, özünü göstərir və s. Burada reklamlıq bir şey yoxdur, söhbət vətəndən gedir. Bizim torpağımızın 20 faizi işğal altındadır, reklam vaxtıdır? Mən belə şeylər yazan ağzıgöyçəklərə üzümü tutub deyirəm ki, bircə adamın belə vətəni üçün atdığı kiçik addım belə onun vətənpərvərliyindən xəbər verir . Burada şou yoxdur, artıq oxumaq da yoxdur”. 

Müğənni qeyd edib ki, indi birlik vaxtıdır:

“Bu dəqiqə azğın düşmən sərhəddədir, gəlib torpağımıza keçmək istəyir. Onun cavabı verilməlidir. Bax buna görə faiqlər, nazilələr, əlikramlar ordu sıralarına yazılmalıdır. Vətənpərvərlik adamın içində olmalıdır, son günlər vətəndaşlarımızın birliyini görürəm, 90-cı ildən bu tərəfə necə dəyişmişik. And olsun Allaha, bu saat Azəbaycan gənclərini buraxasan, İrəvana kimi gedərlər. Bu vətənpərvərlik keçmişdə bizdə olmayıb, son 10 ildə vətənpərvərlik hissi pik həddə çatıb. Qurban olum bu millətə, gənclərinə, hərbi hissədə dayanan əsgərlərə. Biz bu gün dünyaya sübut etdik ki, biz haqlıyıq. Baxdıqca gözlərim dolur. Mən sənət dostlarımla fəxr edirəm. Hərəmiz bir zərrə qədər də vətənə xidmət etsək bu böyük addımdır. Mən özüm Rusiyada hərbi xidmət etmişəm, demirəm böyük nə isə edə bilərəm, amma cəbhədə gedib nəyəsə kömək edərəm, bir əsgərin qolundan tutaram, kiməsə silahı aparıb verərəm. Bu da bir işdir. Bu saat mənim gözümdə nə toy var, nə şənlik. Müğənninin də atdığı hər addım vətən üçündür”. 

Ə.Bayramov İyulun 14-də başlayan orduya dəstək yürüşünün Milli Məclisin qarşısında mitinqə çevrilməsinə də münasibət bildirib:

“O gün Milli Məclisə edilən basqını gördüm, çox pis oldum. Həmin gecə bir neçə gənc oyun çıxardı, mən onlara nifrət etdim. Əgər orada olsa idim, bəlkə də onların birini mən öldürə bilərdim. Biz bu gün vətən dərdi çəkirik, sizsə nələr edirsiniz. Milli Məclisin qarşısına getməyə heç ixtiyarımız yoxdur, nəinki gedib oranı dağıdaq. Ora ali məclisdir. Sən kimsən axı belə edirsən? O qədər zəhmət çəkən insanların zəhmətini axırda yerə vurursan. Belə şeylər görəndə çox pis yanaşıram”. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!