“Tottenhem”dən 53 illik antirekord

saytların hazırlanması

Evə çatdırılma

“Tottenhem”dən 53 illik antirekord

İdman

07 Sentyabr 2026 15:20 77


İngiltərə Premyer Liqasında mövsümə son dərəcə zəif başlayan "Tottenhem" klub tarixinin ən acınacaqlı antirekordlarından birinə imza atıb.

“Yeni Sabah” xəbər verir ki, London təmsilçisi çempionatın ilk üç turunda rəqib qapılarına yol tapa bilməyib.

1973/1974 mövsümündən bəri ilk dəfə çempionatın startında dalbadal üç matçı qol vurmadan tamamlayan "xoruzlar" 1 heç-heçə və 2 məğlubiyyətlə cəmi 1 xal toplaya bilib. Pepperoni pizza

Top fərqi 0:5 olan komandada hücum xəttinin kəsərsizliyi azarkeşlərin və idman mütəxəssislərinin kəskin tənqidinə səbəb olub. London təmsilçisinin bu böhranlı seriyaya növbəti turda son qoyub-qoymayacağı maraqla gözlənilir.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!