Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var

Hadisə

27 İyun 2026 20:38 102


Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qeyd olunub ki, "VAZ-2106" markalı minik avtomobilinin qarşısına mal-qara çıxıb. Bu zaman minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Marqarita pizza

Qəza zamanı bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət alan bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Ölən şəxs 2006-cı il təvəllüdlü N.Rəhimov olduğu müəyyən edilib. Xəsarət alanlar isə 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdü A.Xanmirzəyevdir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!