Tovuzda DƏHŞƏT - Sahibsiz itlər 11 nəfəri parçaladı

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda DƏHŞƏT - Sahibsiz itlər 11 nəfəri parçaladı

Sosial

22 May 2022 10:42 1118


Çağrılmayan qonaqlar kənd sakinlərinə qənim kəsilib. Tovuzun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər insanlara hücum edib.

“Yeni Sabah” "Xəzər TV"yə istinadən xəbər verir ki, təkcə bir gündə 11 nəfər kənd sakini dördayaqlıların hücumuna məruz qalaraq xəstəxanalıq olublar. Vəziyyət o yerə çatıb ki, küçədə adam olmayanda itlər qapısı açıq olan həyətlərə də soxulurlar.

Zərəçəkənlərin hamısına Tovuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əlehinə vaksin vurulub.Lakin içərisində azyaşlı uşaq da olan bir neçə xəstənin vəziyyəti aldığı ağır xəsarətlərə görə orta ağır qiymətləndirilir. Dominos pizza

Sakinlər bildirirlər ki, bununla əlaqədar aidiyyatı qurumlara müraciət ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!