Tovuzda şəhid Hacıəli Qasımovla vida mərasimi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda şəhid Hacıəli Qasımovla vida mərasimi keçirilir

Sosial

28 Yanvar 2024 13:10 411


Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri zamanı ağır yaralanan, həkimlərin səylərinə baxmayaraq, şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Hacıəli Qasımovla vida mərasimi keçirilir.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, onun nəşi doğulub boya-başa çatdığı Tovuz rayonunun Qaraxanlı kəndinə gətirilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak edirlər. pizza hut

Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!