“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə futbol klubu məlumat yayıb.
Tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb. pizza hut
Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.
Telegram kanalımız