“Toy Tələsi” filminin qala gecəsi yanvarın 5-də baş tutacaq

saytların hazırlanması

Evə çatdırılma

“Toy Tələsi” filminin qala gecəsi yanvarın 5-də baş tutacaq

Şou

04 Yanvar 2023 18:57 850


"Toy Tələsi” bədii filminin qala gecəsinin keçirilməsinə artıq bir gün qaldı. 

Filmin ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, mətbuat katibi Elnarə Dərziyevadır.

Toy Tələsi" filmi rəsmi dövlət reyestrindən keçib. Azərbaycan film fonduna tragikomediya kimi daxil edilib. pizza hut

Qeyd edək ki, "Toy tələsi”nin qala gecəsi yanvar ayının 5-də Park Cinema "Flame Towers" filialında gerçəkləşəcək.

Təqdimatda gənc müğənni Rəvan canlı ifası ilə sizlərin qarşısında çıxış edəcək. Musiqili təqdimatda hamının ağız dadı olan “Ləzzət” Şirniyyat evi kino izləyiciləri üçün foyedə furşet masası təşkil edəcək.

Artıq kinoteatrın bütün filiallarında təqdim biletlərin satışına start verilib.

Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik "Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinema kinoteatrlar şəbəkiəsinin bütün kinoteatrlarında izləyə biləcəksiz.

Gülnarə ƏMİRQIZI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!