Əməkdar artist Aygün Bəylər "Şou ATV" verilişində qonaq olub.
“Yeni Sabah” xəbər verir ki, efirdə maraqlı açıqlamalar verən ifaçı bildirib ki, atası onun müğənni olmasını istəməyib və o məcbur qalaraq 15 yaşında evdən qaçıb:
"Gördüm ki, toylardan yaxşı gəlir gəlir. Bibimin həyat yoldaşının dəstəyilə oxudum. Atama tez-tez deyirdi ki, qoy oxusun. Əmim isə məni öldürmək istəyirdi ki, niyə oxuyur. 15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım. Atam məni öldürəcəkdi ki, niyə toyda oxumuşam Rəfiqəm Elnarənin evində qalırdım. 16 yaşımdan ev tutdum, tək yaşadım. 32 yaşımda isə qızım həyatıma girdi. Tamam başqa Aygün oldum". Toyuqlu pizza
43 yaşlı xanəndə həyatda xoşbəxt olmadığını deyib:
“Mənə qismət olmayıbsa, çalışıram qızım xoşbəxt olsun. Sənətim barədə xoşbəxtəm, amma həyatımla yox".
Telegram kanalımız