Toyda qonaqların sayının artırılması mümkündürmü?   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Toyda qonaqların sayının artırılması mümkündürmü? - RƏSMİ

Sosial

28 Dekabr 2021 18:15 814


“Toy mərasimlərinin keçirilməsində say məhdudiyyətinin aradan qaldırılması gündəmdə deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 

O bildirib ki, hazırda toy mərasimləri üçün qoyulan 150 nəfərlik məhdudiyyətlər kifayət qədər normaldır: Dominos pizza

“Biz hesab edirik ki, 150 nəfər ilə toy mərasimlərinin keçirilməsi uyğundur. Bu rəqəmin artırılması müzakirə edilmir. Bu rəqəm həm şənliyin daha əyləncəli keçirilməsinə, həm də yoluxmanın qarşısının alınmasına zəmin yaradır”.

Ş.Mövsümov sonda onu da əlavə edib ki, ölkədə “Omikron” ştammı aşkar edilməyib, lakin bu virusun asanlıqla sərhədləri keçə bilməsini unutmamalıyıq:

“Bununla mübarizə üçün vaksinasiya və buster doza vurulmasına xüsusi diqqət etmək vacibdir”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!