“Toylara icazə veriləndən sonra Azərbaycanda dördüncü dalğa başladı“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Toylara icazə veriləndən sonra Azərbaycanda dördüncü dalğa başladı“ - Deputat

Sosial

14 Oktyabr 2021 15:55 1460


Qlobal təhlükə olan koronavirus pandemiyasının növbəti dalğası getdikcə səngiyir. Ölüm halları, yoluxanların sayında azalmalar müşahidə olunur. Lakin bəzi məhdudlaşdırıcı qaydalar hələ də qalmaqdadır.

Cəmiyyətdə əsas narahatlıq isə xeyir-şər məclisləri ilə bağlıdır. Xüsusən də toy məclislərin keçirilməsinə tətbiq edilən 150 nəfərlik qadağanın qüvvədə qalması insanları narahat edir.

Sual yaranır ki, məktəbə 500 nəfər gedirsə, toy məclislərində niyə 150 nəfər iştirak edir? İnsanlar toy məclisindəki 150 nəfərlik məhdudiyyətin aradan qaldırılmasının, yaxud iştirakçı sayının bir qədər artırılmasına tərəfdarıdırlar. Dördpendirli pizza

Maraqlıdır, toy məclislərində 150 nəfərdən artıq insan iştirak edə bilərmi? Dəyişiklik gözləniləndirmi?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Yenisabah.az-a açıqlamasında toyla məktəbin ayrı-ayrı anlayışlar olduğunu bildirib:

“Düzdür, ictimaiyyətin əsas narahatlığı xeyir işlərlə bağlıdır. Bu gün əgər koronavirusa yoluxanların sayı, ölüm halları azalıbsa, bu o demək deyil ki, təhlükə aradan qalxıb. Toy və məktəb ayrı-ayrı anlayışlardır. Bu xəstəlik uşaqlar arasında çox zəif yayılır, yoluxanlar da yüngül keçirir. Lakin böyüklər ağır keçirir. Əvvəllər 65 yaşında olanlar üçün təhlükə hesab olunurdusa, indi 40 yaşlılar üçün ciddi təhlükə var. Toyla məktəb bir deyil”.

Deputatın sözlərinə görə, çox az sayda məktəbdə yoluxma halı aşkarlanıb:

“Məktəbdə uşaqlar müəllimlərin nəzarətində olur. Təhsil müəssisələrində koronavirusun yayılmaması üçün xüsus qaydalar tətbiq olunub. Tək-tük məktəblər bağlanıb. Siniflərdə yoluxma olanda müəyyən karantin qaydaları tətbiq olunur. Bütövlükdə təhsil davam edir. Koronavirusdan öncədə payız və yaz aylarında xəstəliklər olurdu. Bu davamiyyətdə problemlər yaradırdı. Lakin o zaman pandemiya yox idi”.

M.İbrahimqızı qeyd edib ki, insanlarımız xeyir işlərində dəvət sayının artırılmasına tələsməməlidirlər:

“Azərbaycanda toylara icazə veriləndə sonra iyul ayının sonundan başlayaraq 4-cü dalğaya qədəm qoyduq. İnsanlarımız xeyir işlərində dəvətlərin sayının çox olmasına tələsməməlidirlər. Biz tələsməklə xalqımızın sağlamlığına ciddi poblem yarada blərik. Biz bu dalğanın azalmasını gözləməliyik. Qarşıda olan proqnozları biz də dəyərlədirməliyik”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!