Toylarda monitorinq: 151 nəfər qapı arxasında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Toylarda monitorinq: 151 nəfər qapı arxasında qaldı

Sosial

19 Fevral 2022 09:40 717


Ötən gün 151 nəfər toy şənliyinə buraxılmayıb, 3 nəfər cərimələnib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 160 toy şənliyinin monitorinqini həyata keçirib.  pizza hut

Monitorinq 157 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 151 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!