Toylarda spirtli içkilər   QADAĞAN EDİLİR? – AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Toylarda spirtli içkilər QADAĞAN EDİLİR? – AÇIQLAMA

Sosial

13 İyun 2026 19:20 689


Azərbaycanda yas mərasimlərində ehsan verilməsinin mərhələli şəkildə aradan qaldırılması cəmiyyətdə əsasən müsbət qarşılanıb. Bəzi şəxslər hesab edir ki, müəyyən qaydalar toy məclislərində də tətbiq olunmalıdır. Xüsusilə, toylar zamanı baş verən dava-dalaşların əsas səbəblərindən birinin spirtli içki qəbulu olduğu vurğulanır.

Toylarda spirtli içkilərin verilməsi ləğv edilə bilərmi? Yaxud müəyyən norma tətbiq edilməsi mümkündür? Bu addım dava-dalaşların və digər xoşagəlməz halların qarşısını almağa kömək edərmi?

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov hesab edir ki, bu məsələdən danışarkən ona daha çox israfçılıq kontekstindən yanaşmaq lazımdır: pizza mizza

“Təəssüf ki, bu gün israfçılıq halları müxtəlif sahələrdə olduğu kimi, toy məclislərində də geniş şəkildə müşahidə olunur. Toylarda həddindən artıq xərclərin çəkilməsi, nümayiş xarakteri daşıyan davranışlar və ehtiyacdan artıq məsrəflər cəmiyyət üçün narahatedici səviyyəyə çatıb. Hesab edirəm ki, bu kimi israfçılıq hallarına son qoyulmalı və daha rasional yanaşmalar təşviq edilməlidir”.

İçki məsələsinə gəldikdə isə, deputat düşünür ki, spirtli içkilər müxtəlif bədbəxtliklərə yol açır:

“Bu gün baş verən bir çox cinayət hadisələrinin, qətllərin və yol-nəqliyyat qəzalarının səbəblərini araşdırdıqda, alkoqolun təsirinin kifayət qədər böyük olduğunu görürük. İçkinin bu qədər əlçatan olması və geniş yayılması müəyyən sosial problemlərin yaranmasına səbəb olur.

Ceyhun Məmmədov

Təbii ki, Azərbaycan dünyəvi və sivil dövlətdir. Ancaq bununla yanaşı, alkoqol istifadəsinin cəmiyyət üçün yaratdığı fəsadları da açıq şəkildə qeyd etməliyik. Bu fəsadlar həm insanların sağlamlığına, həm ailə münasibətlərinə, həm də ictimai təhlükəsizliyə mənfi təsir göstərir və belə halların qarşısının alınması hər birimizin marağında olmalıdır”.

Ceyhun Məmmədov deyib ki, cəmiyyətin bu kimi problemlərdən uzaq olmasına ciddi ehtiyac var:

“Bunun üçün həm maarifləndirmə tədbirləri gücləndirilməli, həm də aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılmalıdır. Çünki gündəlik həyatda bu problemlərin yaratdığı çətinliklərin və mənfi nəticələrin şahidi oluruq. Onların aradan qaldırılması istiqamətində sistemli fəaliyyətə ehtiyac var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!