“Pandemiya adı ilə siyasi xəstəliyi ortaya atıblar”.
Bu sözləri Milli Məclisin deputatı Aqil Abbas Yenisabah.az-a açıqlamasında deyib.
Qeyd edək ki, koronavirus epidemiyasından, ciddi karantin rejimindən sonra bayağı adət-ənənələrə son qoyulacağını, xüsusilə israfçılığa son veriləcəyini düşünənlər var idi. Lakin son vaxtlar toyların əvvəlki dəbdəbə ilə keçirilməsi, vaxtaşırı sünnət məclislərinin təşkil olunması bu gözləntiləri doğrultmadı. Marqarita pizza
Deputatın sözlərinə görə, pandemiyaya görə, insanlar min illik adətlərindən əl çəkməməlidir:
“Pandemiya adı ilə siyasi xəstəliyi ortaya atıblar. İndi ona görə, insanlar min illik adətlərindən əl çəkməlidir? Düzdür, ola bilər ki, müəyyən qədər israfçılıq var. Camaat oğluna daha gözəl toy etmək istəyir. İstər sünnət toyu olsun, istərsə də böyük. Toy sahibi süfrədə çeşidli təamların olmasını istəyir”.
A.Abbas qeyd edib ki, yas mərasimləri də keçirilməlidir:
Toy məclisləri ilə yanaşı yas mərasimləri də təşkil olunmalıdır. İnsanlar virusa görə, ata-anasına ehsan verməməlidir? Deməlidir ki, ehsan vermirəm. Bu düz deyil. Pandemiya qələt edir”.
Nəzrin Vahid
Telegram kanalımız