Toyu çəkən İTV əməkdaşlarına hücum edildi – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Toyu çəkən İTV əməkdaşlarına hücum edildi – VİDEO

Sosial

08 Avqust 2026 08:53 96


Ağdaşda erkən nikahla bağlı çəkiliş aparan İTV əməkdaşlarına hücum edilib.

"Yeni Sabah" xəbər verir ki, hadisə yetkinlik yaşına çatmayan qızın toy mərasiminin keçirilməsi ilə bağlı olub.

"İTV Xəbər"in çəkiliş qrupu hadisəni işıqlandırmaq üçün ərazidə olub. Baş verənlərə etiraz edən toy sahibləri İctimai Televiziyanın çəkiliş qrupuna hücum edərək, onlara qarşı zorakı hərəkətlər törədiblər. Sezar pizza

Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun keçiriləcəyi barədə daxil olan məlumat əsasında polis və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı qızın 17 yaşı tamam olmadığı müəyyən edilib.

Polis əməkdaşları və aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, erkən nikahın hüquqazidd olduğu diqqətə çatdırılıb. Nəticədə planlaşdırılan toy məclisi təxirə salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!