Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə quş əti istehsalı 17,2 min ton və ya 30,5 %, yumurta istehsalı isə 30,7 milyon ədəd və ya 3,4 % artıb.
Hesabat dövründə quşçuluq müəssisələrində quşların ümumi sayı 13 milyon 214,8 min baş təşkil edib. Bu, illik müqayisədə 2 milyon 672,9 min baş və ya 25,3 % çoxdur. Dördpendirli pizza
Bundan başqa, yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində hər yumurtlayan toyuqdan orta hesabla 193 ədəd yumurta əldə olunub.
Telegram kanalımız