“Tramp Marşrutu”na dair birgə bəyanat qəbul olunacaq

saytların hazırlanması

Evə çatdırılma

“Tramp Marşrutu”na dair birgə bəyanat qəbul olunacaq

Dünya

13 Yanvar 2026 13:14 339


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdə Tramp Marşrutu Təşəbbüsünün (TRIPP) tətbiq çərçivəsi ilə bağlı birgə bəyanatın qəbul edilməsi planlaşdırılır.

"Yeni sabah" armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-in açıqlamasında deyilir: "Yanvarın 13-14-də xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a işgüzar səfər edəcək. Səfər proqramına ABŞ dövlət katibi Marko Rubio ilə görüş daxildir. TRIPP-nin tətbiq çərçivəsi ilə bağlı birgə bəyanatın qəbul edilməsi planlaşdırılır". Marqarita pizza

ABŞ Dövlət Departamenti əvvəllər ABŞ dövlət katibi Marko Rubionun  yanvarın 13-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyini bildirmişdi.

8 avqustda Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda bəyannamə imzalayıblar. Bəyannamənin dördüncü abzasında qismən deyilir:

"Ermənistan Respublikası Ermənistan Respublikası ərazisində Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) kommunikasiya layihəsinin həyata keçirilməsi üçün çərçivə müəyyən etmək məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq edəcək. Bu məqsədə mümkün qədər tez çatmaq üçün bütün tədbirləri vicdanla görməyə sadiq olduğumuzu bir daha təsdiqləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!