Tramp Qarabağda atəşkəsin pozulmasından danışdı
28 Okt 2020 00:20
3067

Tramp Qarabağda atəşkəsin pozulmasından danışdı

ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağda Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən atəşkəsin pozulmasının məyusluq yaratdığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Tramp təfərrüatlara toxunmayaraq hər iki tərəfin bunun öhdəsindən gələcəyinə dair nikbinlik ifadə edib.

O, tərəflərin yenidən bir araya gələcəklərinə də ümid ifadə edib.

Qeyd edək ki, oktyabrın 26-da Vaşinqtonda Azərbaycan və Ermənistanın humanitar atəşkəs elan etməsi ilə bağlı razılığa gəlinib. Lakin atəşkəs elan olunandan 4 dəqiqə sonra Ermənistan onu pozub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər