Tramp: Süni intellekt yarışında qalib gələn tərəf üstün olacaq

saytların hazırlanması

Evə çatdırılma

Tramp: Süni intellekt yarışında qalib gələn tərəf üstün olacaq

Dünya

14 Sentyabr 2026 13:31 72


ABŞ Prezidenti Donald Tramp süni intellekt texnologiyalarının inkişaf tempinin azaldılması ilə bağlı çağırışları dəstəkləmədiyini açıqlayıb.

“Yeni Sabah” “Reuters” a istinadən xəbər verir ki, Tramp süni intellektə qarşı tənqidi yanaşan şəxsləri texnologiyanın inkişafına mənfi münasibət göstərən qüvvələr kimi qiymətləndirib.

O bildirib ki, ABŞ süni intellekt sahəsində Çin qarşısında üstün mövqedədir və ölkənin texnoloji liderliyini qoruması vacibdir. Trampın sözlərinə görə, süni intellekt üzrə qlobal yarışda üstünlük qazanan ölkə gələcəkdə də daha güclü mövqeyə sahib olacaq. pizza hut

ABŞ lideri eyni zamanda qeyd edib ki, zərurət yaranacağı təqdirdə süni intellekt şirkətlərinin fəaliyyətinə əlavə məhdudiyyətlərin tətbiqi mümkündür. Bununla belə, onun fikrincə, hazırda texnologiyanın tənqidçiləri reallaşması ehtimalı olmayan müxtəlif risklər barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, bundan əvvəl milyarder İlon Mask və “OpenAI” rəhbərliyi də süni intellekt texnologiyalarının inkişaf sürətinin müəyyən qədər azaldılmasının vacibliyi ilə bağlı mövqe bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!