Tramp: “Venesuelanı ABŞ-nin energetika naziri idarə edir”

saytların hazırlanması

Evə çatdırılma

Tramp: “Venesuelanı ABŞ-nin energetika naziri idarə edir”

Dünya

24 İyul 2026 00:57 72


ABŞ Prezidenti Donald Tramp Venesuelanın faktiki idarə olunmasını ABŞ-nin energetika naziri Kris Raytın həyata keçirdiyini iddia edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Venesuelanı o idarə edir. Onlarla əla münasibətlərimiz var. Venesuela xalqı hazırda çox xoşbəxtdir. Dünyanın ən böyük neft şirkətləri oraya gedir və vaxtilə hamının qeyri-mümkün hesab etdiyi işləri görürlər. Biz Venesuela neftinin bir hissəsini götürürük və bu, bizim haqqımızdır. Onlar da neftin bir hissəsini götürürlər. Venesuela indi əvvəllər heç vaxt olmadığı qədər çox qazanır", - deyə Tramp vurğulayıb. pizza hut

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib, prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirərək ölkədən aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!