Trampın SENSASİON səs yazısı yayıldı: “Moskvanı ...”  -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Trampın SENSASİON səs yazısı yayıldı: “Moskvanı ...”  - VİDEO

Dünya

09 İyul 2025 09:46 1304


ABŞ prezidenti Donald Trampın 2024-cü ildə kampaniya donorları ilə görüş zamanı etdiyi qalmaqallı çıxışın audioyazısını CNN yayımlayıb. Yazıda Tramp beynəlxalq liderlərə verdiyi sərt hədələrlə öyünür.

KONKRET.az xəbər verir ki, Tramp görüş zamanı bildirib:

“Mən Putinə dedim: əgər Ukraynaya girsən, Moskvanı bombalayacağam. O, mənə inanmadı. Amma 10 faiz qədər inandı. Bu da kifayət edir.” pizza

Tramp daha sonra Çin lideri Si Tsinpinə də oxşar xəbərdarlıq etdiyini bildirib:

“Əgər Tayvana hücum etsəniz, Pekini bombalayacağam”, – demişəm. O, məni dəli hesab etdi. Amma 10 faiz qədər inandı. Əslində 5 faiz inam belə kifayətdir.”

Qeyd edək ki, Trampın bu açıqlamaları beynəlxalq münasibətlər və təhlükəsizlik baxımından ciddi narahatlıq doğura bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!