Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olundu

Sosial

12 Yanvar 2023 14:26 1311


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub. 

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə tibb üzrə fəlsəfə doktoru Fərhad Verdiyev təyinat alıb. Dominos pizza

Xatırladaq ki, bundan əvvəl həmin tibb müəssisəsinin direktoru Elviz Qasımov olub. O, ötən ilin dekabrında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Klinik Xəstəxanasına direktor təyin edilib.

Qeyd edək ki, bu il yanvar ayının 1-dən etibarən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və daha 8 tibb müəssisəsi TƏBİB-in idarəçiliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!