TRIPP+ Fondu üçün ayrılan vəsait 402 milyona çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

TRIPP+ Fondu üçün ayrılan vəsait 402 milyona çatdırıldı

Dünya

04 Avqust 2026 09:05 147


ABŞ hökuməti TRIPP+ fondunun həcmini ikiqat artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb.

“Yeni Sabah” hetq.am-a istinadla xəbər verir ki, fond bu ilin əvvəlində, 26 yanvarda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqton görüşündən iki həftə sonra yaradılıb.

Bu görüşdən sonra diplomatlar tərəflərin Cənubi Ermənistandan keçən TRIPP marşrutu üçün infrastrukturun inkişafını və həyata keçirilməsini təmin etmək üçün bir şirkət - TRIPP İnkişaf Şirkəti yaradacağını bildirən sənəd dərc ediblər. Pepperoni pizza

Səhmlərinin 26%-i Ermənistan Respublikasına, 74%-i isə ABŞ-a, xüsusən də ABŞ-ın Delaver ştatında təsis ediləcək “TRIPP Development Company US”-ə məxsus olacaq.

TRIPP+ fondu (TRIPP+ Enterprise Fund) dayanvarın 26-da Delaverdə yaradılıb. ABŞ-nin respublikaçı administrasiyasının və xüsusən də Trampın tərəfdarı olan iş adamı Konstantin Sokolov onun direktoru təyin edilib.

Xatırladaq ki, sonuncu rəsmi olaraq Ermənistanın ən böyük mobil operatoru olan “Viva Armenia” QSC-nin 20%-lik payının sahibi hesab olunur.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu yanvarın 30-da TRIPP+ fonduna 201 milyon dollar qrant ayırıb. Məbləğ təxminən 11 il ərzində, 31 dekabr 2036-cı ilə qədər ödənilməlidir.

İyulun 16-da dəyişiklik edilib və ABŞ hökuməti TRIPP+ sahibkarlıq fonduna 402 milyon dollar qrant ayırmağı öhdəsinə götürüb. Ödənişin son tarixi eyni olaraq qalır - 2036-cı ilin sonuna qədər. Bütün məbləğ artıq TRIPP+ fonduna ayrılıb.

Bu vəsaitlərin əsas təyinat yeri Ermənistan olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!